Argentina millisinin sabiq hücumçusu Karlos Teves döş qəfəsindəki ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib.
40 yaşlı futbolçu müayinədən keçəcək.
Məlumat üçün əlavə edək ki, K.Teves hazırda Argentinanın ən güclü və titullu klublarından biri olan “İndependiente”ni çalışdırır.
K.Teves özü hələlik baş verənlərlə bağlı açıqlama verməyib.
Mənbə: Bobsoccer.ru