RSFSR-in əməkdar artisti, bəstəkar Aleksandr Kolker avqustun 1-də 91 yaşında Sankt-Peterburqda vəfat edib. Bu barədə məlumat Sankt-Peterburq Bəstəkarlar İttifaqının “Vkontakte” sosial şəbəkəsindəki səhifəsində yer alıb.
Mesajda mərhumun dostlarına və yaxınlarına dərin və səmimi başsağlığı verilib. Vidalaşma yeri və vaxtı daha sonra açıqlanacaq.
Bundan əvvəl Aleksandr Kolkerin xəstəxanadan buraxıldığı bildirilirdi.
Mənbə: Lenta.ru
