Trampı yeni ittihamlar gözləyir

ABŞ dövlət prokuroru Cek Smit ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı yeni ittihamlar irəli sürüb. Bu barədə CNN məlumat yayıb.

Altı ay ərzində Tramp artıq üçüncü cinayət ittihamını alıb: iyunda məxfi sənədlərə sahib olmaqda və martda dələduzluqda.

“Reuters”in məlumatına görə, siyasətçiyə qarşı ittiham aktında dörd ittiham var. İttiham aktı Cek Smitin hesabatını dinlədikdən sonra böyük münsiflər heyəti tərəfindən çıxarılıb və məhkəmə tərəfindən təsdiqlənib.

Mənbə: Reuters

Related Post