Beyləqanda şagirdlərə robototexnika dərsləri keçiləcəkbackend

Beyləqan şəhər 3 nömrəli məktəbin akt zalında Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ndə qalib olmuş və Beyləqan şəhər 3 nömrəli tam orta məktəbi tərəfindən icra olunan “Gələcəyin robototexnika mühəndisləri” layihəsi çərçivəsində açılış tədbiri təşkil edilmişdir.

Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Hikmət Allahverdiyev nazirliyin elan etdiyi qrant müsabiqələri, onların effektivliyi, həmçinin, layihənin məqsəd və vəzifələri haqqında geniş məlumat vermişdir. Tədbirdə çıxış edən təhsil meneceri Cavid Məmmədov son illər Təhsil Nazirliyinin müvafiq sahədə atdığı addımlardan, həyata keçirdiyi islahatlardan söz açmışdır.

Layihə əməkdaşı, təlimçi Ağgün Salahova əyani vəsaitlərlə auditoriyanı tanış etmiş, təlimlər və fəaliyyətlər haqqında fikirlərini ifadə etmişdir. Layihə çərçivəsində təlimlər davam edir. Təlimlərin ardınca şagirdlər robototexnika dərslərinə cəlb olunacaqdır.