“Minirobotun sərgüzəştləri” layihəsinin iştirakçıları Gəncə STEAM Mərkəzində olublarbackend

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olan “Minirobotun sərgüzəştləri” layihəsinin iştirakçıları Gəncə STEAM Mərkəzinə ekskursiya ediblər.
Bu barədə İctimai.az-a “Minirobotun sərgüzəştləri” layihəsinin rəhbəri Göygöl rayonu 8 Mart kənd ümumi orta məktəbinin kimya müəllimi Kəmalə Nəhmədova məlumat verib.
Şagirdlər mərkəzin fəaliyyəti haqqında məlumatlandırılıb. Onlara burada keçirilən müxtəlif tədbirlərdən, layihələrdən, dərslərdən bəhs olunub. Bildirilib ki, STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlər şagirdlərin bilik və bacarıqlarının artırılmasına xidmət edir. Şagirdlər ekskursiya zamanı “3D çap”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “CNC lazer kəsiciləri” avadanlıqları ilə yaxından tanış olublar.
“Minirobotun sərgüzəştləri” layihəsinin iştirakçıları STEAM Mərkəzində “Dronların idarə olunması” mövzusunda dərs keçib, dron və robotları idarə ediblər.