Beyləqanda valideynlərlə görüş keçirilibbackend

26 oktyabr 2022-ci il tarixində Beyləqan rayon Sarısu qəsəbə tam orta məktəbində Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Mil” sosial və iqtisadi sahələrdə maarifləndirmə ictimai birliyinin təşkilatçılığı ilə “EDUs təhsil platformasının yaradılması” layihəsinin növbəti tədbiri təşkil edilmişdir. Tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri Mürsəl Behbudlu qonaqları salamlamış və uğurlar arzu etmişdir. Daha sonra isə layihəyə ekspert qismində cəlb edilmiş Fuad Məmmədov layihə haqqında ətraflı məlumat vermiş, layihə çərçivəsində yaradılmış “EDUs təhsil platforması”nın iş prinsipi haqqında detallı məlumat vermişdir. Qarşılıqlı diskussiya şəraitində keçən tədbir maraq doğuran məsələlərin müzakirəsi ilə davam etmişdir.

Qeyd edək ki, layihə çərçivəsində yaradılmış eduspro.net platforma Beyləqan rayonunun 2 ümumtəhsil məktəbində tətbiq edilməsi üçün müvafiq məktəblərdə görüşlər keçirilmişdir.

Layihənin əsas məqsədi valideyn – müəllim əlaqələrinin elektronlaşdırılması yolu ilə tədrisin keyfiyyətinin artırılmasına dəstək olmaqdan ibarətdir.