Binance bütün dollar köçürmələrini dayandırdı

BERLIN, GERMANY - JANUARY 13: In this photo illustration model Bitcoins lies in a hand on January 13, 2014 in Berlin, Germany. (Photo by Thomas Trutschel/Photothek via Getty Images)

Kriptovalyuta birjası Binance dollarla bütün bank köçürmələrini dayandırıb. Bu barədə birja Twitter-də məlumat yayıb.

“Fevralın 8-dən biz dollarla bütün bank əməliyyatlarını müvəqqəti dayandırırıq. Bu, istifadəçilərimizin yalnız kiçik bir hissəsinə təsir edəcək, biz xidməti mümkün qədər tez yenidən başlatmaq üçün əlimizdən gələni edirik “dedi.

Kriptovalyutaların alqı-satqısının bütün digər üsullarının işləməkdə davam etdiyi qeyd edilir. Qərarın təfərrüatları açıqlanmır.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər