Kosmosa göndərilən Tesla elektrik avtomobili Marsın orbitinə çatırbackend

İş adamı İlon Maska məxsus Tesla Roadster elektrik avtomobili kosmosa buraxıldıqdan 5 il sonra milyarderin müstəmləkə etmək niyyətində olduğu Mars planetinin orbitinə çatıb.

İctimai.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məqalədə deyilir: “Bazar ertəsinə olan məlumata görə, planetin özü Günəşin əks tərəfində olmasına baxmayaraq, elektrik avtomobili Marsın yolunu təzəcə keçdi”.

Elektrik avtomobili artıq Günəş ətrafında 3,5 dövrə vurub və hazırda Yerdən 327 milyon km məsafədədir. Qeyd olunur ki, 2018-ci ildən astronomlar nəqliyyat vasitəsini birbaşa müşahidə etmədiyi üçün bütün məlumatlar hesablamalar əsasında əldə edilib.

Onların fikrincə, elektromobilin müşahidəsi elmi əhəmiyyət kəsb etmir. Bununla bağlı telekanal belə qənaətə gəlib ki, maşının bütöv olub-olmadığını dəqiq söyləmək mümkün deyil.

Mənbə: CNN

İctimai.az