Kəşfiyyatçı Ukraynada öldürülən və yaralanan fransız muzdlularının sayı barədə məlumat veribbackend

Rusiya hərbi xüsusi əməliyyatı başlayandan bəri Ukraynada ən azı 75 fransız muzdlu öldürülüb, yaralanıb və ya Fransaya qaytarılıb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Fransanın antiterror kəşfiyyatının keçmiş zabiti Nikola Sinquini deyib.

“Ölənlər, yaralananlar və geri qayıdanlar da daxil olmaqla, bu gün dərc etdiyim siyahıda dəqiq və ya təxəllüs altında şəxsiyyətləri olan 75 nəfər var ki, bu da artıq bizə çox şey deyə bilər”, – kəşfiyyatçı vurğulayıb.

O əlavə edib ki, siyahıya Fransa rəsmilərinin “könüllülər” adlandırdığı iki nəfər də daxildir. Sinkininin sözlərinə görə, onun Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak edən digər muzdlular haqqında da məlumatı var.

Mənbə: Report