ABŞ və Ukrayna rəsmiləri Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı uğursuzluqları ilə bağlı qarşılıqlı ittihamlar səsləndiriblər. Bu barədə Washington Post (WP) köşə yazarı Maks Boot öz məqaləsində yazıb.
“Pərdə arxasında Ukrayna və Amerika rəsmiləri tez-tez barmaqlarını bir-birinə göstərirlər. Amerikalılar özəl olaraq ukraynalıların NATO tipli birləşmiş silah hücumu həyata keçirmədiklərindən şikayətlənirlər”, – jurnalist bildirib.
Onun sözlərinə görə, öz növbəsində ukraynalılar Qərbin Rusiya istehkamlarını yarmaq üçün Ukrayna Silahlı Qüvvələrinə kifayət qədər silah ötürməməsindən və Ukraynanın aldığı silahların çoxunun yararsız vəziyyətdə olmasından “şikayət edirlər”.
Mənbə: Washington Post