ABŞ-ın keçmiş rəhbəri Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevə səfər təklifindən imtina edib.
Tramp Zelenskiyə böyük hörmət bəslədiyini, lakin hazırda Ukraynaya səfər etməyin yersiz olacağını düşündüyünü vurğulayıb. O, Kiyevə getməkdən imtinasını onunla izah edib ki, ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası hazırda Ukrayna hakimiyyəti ilə qarşılıqlı əlaqədədir və buna görə də onun səfəri maraqların toqquşmasına səbəb ola bilər.
Bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampa Ukraynadakı münaqişənin 24 saata bitməyəcəyini izah etməyə çalışacağını və bu məqsədlə onu Kiyevə dəvət etdiyini bildirmişdi. Onun sözlərinə görə, o, Trampın ABŞ-dakı prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya dəstəyi azaldacağını bilmir.
Mənbə: TASS