“Biz bir daha Azərbaycan gənci olduğumuz üçün qürur duymalıyıq!” – Ruslan Vəliyevbackend

Hal-hazırda dünya gündəmini zəbt edən, böyük mənada isə bəşəriyyəti ciddi narahat edən koronovirus infeksiyası demək olar ki, gündəlik həyatımıza təsirsiz ötüşməməkdədir. Reallıq və sevindirici məqam budur ki, bəşəri bəla ölkəmizə digər ölkələrə nisbətən daha az təsir etməkdədir. Təbii ki, biz xalq olaraq buna görə dövlətmizə və onun rəhbəri Prezidentimiz cənab İlham Əliyevə minnətdar olmalıyıq. Çünki koronovirusla mübarizə tədbirlərinin başlandığı ilk günlərdən indiyədək Azərbaycan dövlətinin atdığı bütün qətiyyətli addımlar xalqımızın ümummilli mənafeyinə, dövlətimizin və millətimizin siyasi və fiziki təhlükəsizliyinə hesablanmış addımlardır.

Son dövrdə isə virusa qarşı atılan bu addımlar daha da əhəmiyyətli nəticə verməkdədir. Beləki cənab Prezidentin və hörmətli Vitse-Prezidentimizin təşəbbüsü ilə başladılan aztəminatlı, yaşı 65-dən yuxarı olan və həssas qrupa daxil olan əhaliyə ərzaq yardımlarının olunması, işsiz olan əhaliyə iki ay 190 manat birdəfəlik ödənişin təyin olunması, həmçinin sahibkarlara dəymiş ziyanların qarşılanması üçün ödənişlərin təyin olunması və bir sıra sosial dəstək proqramlarının həyata keçirilməsi xalq-iqtidar birliyinin bariz nümunəsidir. Liderimizin Biz birlikdə güclüyük dəyərək Azərbaycan xalqına səslənməyi də bizləri virusa qarşı birləşdirməkdədir. Eyni zamanda virusa qarşı peşəkar mübarizə məqsədilə maska istehsalı zavodunun və müasir texnologiyalarla təçhiz olunmuş modul tipli xəstəxanaların tikilib istifadəyə verilməsi Dövlətimizin vətəndaşlara dəstək olmasının əyani sübutudur.

Ölkə başçımızın pandemiyaya qarşı mübarizəsi hər bir Azərbaycan vətəndaşı tərəfindən alqışla qarşılanır. Prezidentin rəsmi saytına gələn minnətdarlıq məktubları buna əyani sübutdur. Həmçinin beynəlxalq təşkilatlar tərəfindən də Azərbaycan Liderinə çoxsaylı təşəkkür məktubları gəlməkdədir. Bu məktublar arasında ÜST-nın direktorunun məktubunun olması da Azərbaycanımızın pandemiyaya qarşı uğurlu mübarizə aparmasından qaynaqlanır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin digər nümunəvi addımı isə koronavirus pandemiyasına qarşı mübarizədə çətinlik çəkən ölkələrə yardımlar edərək dəstək olmağıdır.

Son günlərdə ölkə başçımızın sədrliyi ilə iki beynəlxalq zirvə görüşünün keçirilməsi və bu görüşlərdə cənab Prezidentin əsl lider kimi dünya ölkələrini virusla mübarizədə birlikdə mübarizəyə dəvət etməyi məni həqiqətən qürurlandırdı.

Bu çətin günlərdə bir çox dünya ölkəsinin pandemiyaya qarşı mübarizədə Azərbaycan modelini öyrənməsi və Azərbaycanın qətiyyəli mövqeyini dəstəkləməsi Azərbaycan gəncliyi tərəfindən fəxarət hissi ilə qarşılanır.

Məndə bir Azərbaycan gənci olaraq ölkə başçımız cənab İlham Əliyevin uğurlu siyasətini bəyənir və dəstəkləyirəm!

Biz birlikdə güclüyük Azərbaycan!

 

Ruslan Vəliyev

Tibb Məktəbi layihəsinin rəhbəri, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin baş katibi

İctimai.az