“Azərbaycanda gənclər arasında ictimai-siyasi fikirlərin formalaşması” adlı onlayn görüş keçirilib – Fotolarbackend

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda gənclər arasında ictimai-siyasi fikirlərin formalaşması” adlı onlayn görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “Loqos “Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva , “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin icraçı direktorun müavini, “İctimai.az” saytının baş redaktoru Rəşad Bayramov, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin Regionlarla iş şöbəsinin rəhbəri Ümidə Rəhimova və 40 fəal gənc iştirak ediblər.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və “Loqos “Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva çıxışlarında gənclərin asudə vaxtının səmərəli təşkili, gənclərimizin ölkənin ictimai-siyasi həyatında rolunun vacibliyi, ölkəmizdə gənclərə dövlət qayğısı, könüllülər ili çərçivəsində görülən və görüləcək işlər və digər mövzularda görüşdə iştirak edən gəncləri məlumatlandırıblar.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

İctimai.az