“Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində “Müxtəlif yaş qruplarına psixoloji amillərin təsiri” adlı vebinar keçirilibbackend

“Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində “Müxtəlif yaş qruplarına psixoloji amillərin təsiri” adlı vebinar keçirilib.

24 aprel 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində “Müxtəlif yaş qruplarına psixoloji amillərin təsiri” adlı vebinar keçirilib.
Vebinarda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Nömrə 1 Psixologiya Mərkəzi”nin psixoloqu Vüsalə Əmiraslanova, “Odlar Yurdu” Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Sara Zeynalzadə və fəal gənclər onlayn iştirak etmişlər.
Görüşün məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, karantin rejimi müddətində evdə qalan gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, onları maraqlandıran sualların cavablandırılması olmuşdur. Görüşdə qeyd edilmişdir ki, yaş psi¬xologi¬yası müasir psixologiyanın əsas sahələrindən biridir. Yaş psixologiyasının predmetini birinci növbədə insan psixikasının inkişaf dinamikası-nın, şəxsiyyətin psixi prosesləri və psixi xassələ¬rinin ontogenezinin inkişaf xüsusiyyətlərinin öyrə¬nilməsi təşkil edir. Yaş psixologiyası müasir psixologiya elminin əsas sahələrindən biri olmaqla yanaşı onun da özünəməxsus və bir-birini tamamlayan bölmələri vardır. Bunlara aşağıdakılar daxildir: uşaq psixologiyası, yeniyetmələrin psixologiyası, gəncliyin psixologiyası, yaşlı adamların psixologiyası, uzun ömürlülük psixologiyası (herontopsixologiya).
Qeyd edək ki, onlayn görüşdə 25 nəfər fəal gənc iştirak etmişdir.

İctimai.az