BİZƏ ANCAQ ZƏFƏR YARAŞIR backend

Kimsənin ağlına gəlməzdi ki,XXI əsrdə Yer kürəsini ölüm təhlükəsi saçan bir virus dolaşacaq,dünya günlərlə,həftələrlə səssizliyə qərq olacaq, ölkələr bir-birinə sərhədlərini bağlayacaq,minlərlə insan həyatını itirəcək.Amma bu baş verdi. Dünyanın bir parçası olaraq biz də virusun təhdidləri ilə qarşılaşdıq.Amma şükürlər olsun ki,ölkə rəhbərinin vaxtında vəziyyəti nəzarətə götürərək və düzgün dəyərləndirərək addığı addımlar,ölkədə karantinin tətbiqi,qonşu dövlətlərlə giriş-çıxışın dayandırılması,səhiyyənin bütün imkanlarının pandemiyaya qarşı mübarizəyə səfərbər edilməsi və əhalinin maddi təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial siyasət öz bəhrəsini verməkdədir.Fədakar həkimlərimizin gərgin əməyi sayəsində virusla yoluxanlar arasında ölüm faktları çox cüzi oldu və bu gün mövcud olan vəziyyət belə deməyə əsas verir ki,biz koronavirusu tamamilə məğlub etmək ərəfəsindəyik.

Ölkənin,xalqın həyatının belə həssas dönəmlərində,adını müxalifət qoyan,işi-gücü dövlət başçısının fəaliyyətinə kölgə salmaq olan beşinci kalon yenə də öz xislətini göstərir. Sevindirici haldır ki,xalq bu cür ünsürləri tanıyır,onların “yağlı vədlərini” ciddiyə almır,dövlət başçısına sevgisini və dəstəyini hər an nümayiş etdirir.Azərbaycan xalqı bu dil pəhləvanlarına bir dəfə öz dövlətini,taleyini etibar etmişdi.Orta və yaşlı nəslin nümayəndələri Azərbaycanın o qaranlıq dolu tarixini yaxşı xatırlayırlar.Talonla çörək,zəruri ərzaq məhsulları almaq üçün saatlar sürən növbələr,işığın,qazın olmaması bir yana,ölkədə hökm sürən hərc-mərclik Azərbaycanı yaşamaq üçün təhlükəli bir məkana çevirmişdi.Məsuliyyətsiz adamların əlindı olan silah-sürsat əhalidə haqlı olaraq həyəcan və narahatlıq yaradırdı.Məhz belə bir vaxtda xalqı elə öz müdrikliyi yox olmaq təhlükəsindən xilas etdi.Ağır durumdan xilas olmaqda ona öndərliyi,liderliyi etmək xahişi ilə ümummilli lider Heydər Əliyevə üz tutdu.

Uzaq olmayan keçmişin ağrı-acısından qurtarmış xalq bu günkü firavan həyatını kimə borclu olduğunun fərqindədir.Və ölkəsinin inkişafı yolunda əngəllərə çevrilən “siyasətbazlar”a yeri gəldikcə öz yerini göstərir. Amma necə deyərlər, dəyirman öz işində olsa da,çax-çax baş ağrıdır.Əli kərimlər,cəmil həsənlilər milli təəssübkeşlikdən çox uzaq olan Milli Şura adı altında ziyanlı fəaliyyətlə məşğul olur,hakimiyyət iddiasından əl çəkmir,ən pisi isə bu niyyətlərinə ölkədə qarışıqlıq yaratmaqla çatmaq xəyalındadırlar. Amma unudurlar ki,xalq böyük zəhmətlər bahasına nail olduğu bolluğu,firavanlığı,xoş güzəranı kimlərinsə öz şəxsi ambisiyalarına qurban etməsinə imkan verməz.

Azərbaycan xalqı bilir ki,ölkə rəhbərinin və onun xanımı,birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin mərkəzində bu dövlətin və onun vətəndaşlarının rifahı durur.Yeri gəlmişkən,bu çətin günlərdə Mehriban xanım Əliyeva çox humanist bir təşəbbüs irəli sürüb:irsi və qan xəstəliyi,xüsusilə talassemiyadan əziyyət çəkən insanlara kömək etmək məqsədi ilə qanvermə aksiyası keçirmək. Bu aksiya yüzlərlə xəstəyə əlac,onların həyat keyfiyyətini artırmaq,ömrünü uzatmaq deməkdir. İndi hamının ürəyincə olan bu aksiyaya ölkəboyu qoşulanların sayı-hesabı yoxdur.B

iz tarixi zəfərlərlə dolu xalqlardanıq.Bir əsrdə iki dəfə müstəqillik əldə etmək bizim qismətimizə yazılıb.Ulu öndər Heydər Əliyev XX əsrin sonlarında əldə etdiyimiz müstəqilliyin xilaskarı və memarı oldu.Cənab İlham Əliyev müstəqil Azərbaycanı rəhbərliyi altında zirvələrə doğru aparır.Zirvəyə gedən yol isə heç də həmişə hamar olmur.Amma öz zəkası,siyasi bacarığı ilə cənab İlham Əliyev bütün çətinlikləri dəf edir,qazandığımız isə ancaq zəfər olur.Bizə zəfər yaraşır.

Karantin dövrü bitəcək,həm də arzuladığımız kimi.Bu isə hakimiyyət-xalq olaraq bizim qazandığımız daha bir zəfər olacaq.Çünki onun uğrunda birlikdə mübarizə aparırıq.”Biz birlikdə güclüyük” şüarı ilə.

İlham Məmmədov,

Milli Məclisin deputatı

İctimai.az