ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Suriya prezidenti Bəşər Əsədə kömək edənlərin ədalət mühakiməsi üçün beynəlxalq səyləri dəstəkləyəcək.
Bu barədə TASS məlumat yayıb.
Blinken deyib ki, Vaşinqton “Əsəd rejimi və onu dəstəkləyənlərin” Suriya xalqına qarşı törətdikləri “vəhşiliklər və sui-istifadələr”ə, o cümlədən kimyəvi silahdan istifadəyə görə məsuliyyət daşımaq üçün beynəlxalq səyləri dəstəkləyəcək.
Dekabrın 9-da Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov təqaüdçü Əsəd və ailəsinin Moskvaya gəlişini şərh edərkən bildirib ki, Rusiya çətin anlarda dostlarını tərk etmir və bu, onu Rusiyadan fərqləndirir.