İsrail 1970-ci illərdən bəri ilk dəfə Suriyanı işğal etdibackend

Bu həftə sonu İsrail ordusu yarım əsrdən artıq müddətdə ilk dəfə olaraq Colan təpələri xaricində Suriya sərhədini keçib.

Bu barədə “New York Times” iki İsrail rəsmisinə istinadən məlumat yayıb.

“İsrail quru qoşunları 1973-cü ilin oktyabrından bəri onların Suriya ərazisinə ilk açıq müdaxiləsi olan demilitarizasiya zonasına daxil olub”, – nəşr qeyd edir.

Rəsmilərin sözlərinə görə, Təl-Əvivdə Suriya silahlı müxalifətinin üzvlərinin Qolan yaxınlığındakı hərbi obyektləri ələ keçirib İsrailə qarşı istifadə edə biləcəyi ilə bağlı narahatlıq var.

Dekabrın 9-da İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Suriyanın İsrail ordusu üçün dördüncü cəbhə olduğunu bildirib.