ABŞ dövlət katibi Entoni Blinken Misirlə Qəzza zolağının sərhədindəki Rəfah keçidinin açıq qalacağını bildirib.
TASS xəbər verir ki, bunu dövlət katibi Qahirəyə səfəri zamanı “Əl-Hədət” və “Əl-Ərəbiyyə” telekanallarına müsahibəsində deyib.
Blinkenin sözlərinə görə, Rəfah keçid məntəqəsi yenidən açılacaq. Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar BMT, Misir və İsraillə birlikdə Qəzza zolağına yardımı ehtiyacı olan hər kəsə çatdırmaq üçün mexanizm hazırlayır.
Blinken bildirib ki, Qəzzaya humanitar yardım göndərilməsi Misir hakimiyyətinin ABŞ vətəndaşlarının Rəfah keçidi vasitəsilə təxliyyəsi üçün qarşıya qoyduğu şərtdir.
Mənbə: TASS