Amerikanın “İnter Mayami” klubunun və Argentina milli komandasının hücumçusu Lionel Messiyə hər il verilən nüfuzlu “Qızıl top” futbol mükafatını qazandığı bildirilib. Bu barədə “Bola Sport” Messinin dostu Alessandro Dossettinin məlumatına istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Messi qələbəsi ilə bağlı mesajı oktyabrın 13-də alıb. Məlumat təsdiqlənərsə, forvard karyerasında səkkizinci “Qızıl top”u qazanacaq.
2023-cü ilin yayında Messi iki ildən sonra Fransanın PSJ klubunda Amerikanın İnter Mayami klubuna keçdi. O, iyulun 22-də ilk matçda cərimə zərbəsindən qol vuraraq klubda debüt etdi. Avqustun 20-də argentinalı Amerikada ilk kubokunu qazandı. “İnter Mayami” turnirin həlledici matçında “Neşvill”i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunun qalibi olub.
Mənbə: TRT Spor

