Bloomberg ABŞ dövlət katibinin Çinə səfər planlarını açıqlayıbbackend

ABŞ dövlət katibi Entoni Blinken yaxın həftələrdə Çinə gələ və orada prezident Si Tsinpinlə görüşə bilər.

Bu barədə Bloomberg məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, ABŞ gərginliyin davam etməsinə baxmayaraq, Çinlə əlaqələri yüksək səviyyədə bərpa etmək istəyir.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CNN telekanalına müsahibəsində bildirib ki, Vaşinqton Çinlə münaqişə və ya soyuq müharibəni qaçılmaz hesab etmir. Onun sözlərinə görə, ABŞ və Çin “rəqabətin münaqişəyə çevrilməsinin qarşısını almağa” çalışır.