Finlandiya Rusiya səfirliyində işləyən şəxsləri ölkədən qovacaqbackend

Finlandiya Rusiyanın Helsinkidəki səfirliyində işləyən və kəşfiyyat funksiyalarını yerinə yetirdiyi iddia edilən 9 nəfəri ölkədən çıxarmaq qərarına gəlib. Bu qərar Finlandiya prezidenti ilə ölkə hökumətinin Xarici və Təhlükəsizlik Siyasəti Komitəsinin birgə iclasında qəbul edilib.

Bu barədə RİA Novosti Finlandiya hökumətinə istinadən məlumat yayıb.

“Finlandiya Rusiya səfirliyində işləyən və kəşfiyyat funksiyalarını yerinə yetirən 9 nəfəri ölkədən çıxaracaq. Onların hərəkətləri Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasıdır”, – deyə məlumatda bildirilir.

Ofisdə qeyd edildiyi kimi, Finlandiya XİN bu barədə Rusiyanın Helsinkidəki səfirini məlumatlandıracaq.