Boliviya sağçılar prezident seçkilərində liderdirbackend

Boliviyada keçirilən prezident seçkilərində sağ partiyaların namizədləri – Senatın üzvü Rodriqo Paz Pereyra və 2001-2002-ci illərdə keçmiş dövlət başçısı Xorxe Quiroqa öndədir.

Bu barədə “Red Uno” telekanalı 567 seçki məntəqəsində səslərin hesablanması əsasında aparılmış araşdırmanın məlumatlarına istinadən məlumat yayıb.

Mövcud məlumata görə, Xristian Demokrat Partiyasını təmsil edən Paz Pereyranı seçicilərin 31,6%-i, Azadlıq və Demokratiya alyansı tərəfindən namizədliyi irəli sürülmüş Quiroqanı isə boliviyalıların 27,1%-i dəstəkləyib.

Birinci turda qalib gəlmək üçün namizəd mütləq səslərin yarıdan çoxunu toplamalı və ya ən yaxın rəqibindən fərq 10 faizdən çox olması şərti ilə 40% səs almalıdır. Əks halda oktyabrın 19-da seçkilərin ikinci turu keçiriləcək.