Bolqarıstanın paytaxtında sovet ordusuna ucaldılmış abidənin sökülməsi yenidən başlayıbbackend

Bolqarıstanın paytaxtı Sofiyada sovet ordusuna ucaldılmış abidənin sökülməsi yenidən başlayıb. Bu barədə Bolqarıstanın BTA xəbər agentliyi məlumat yayıb.

Abidənin qəzalı vəziyyətdə olduğunu əsas gətirərək yerli hakimiyyət orqanlarının qərarı ilə dekabrın 12-də abidənin sökülməsi işlərinə başlanılıb. Bütün heykəltəraşlıq fiqurları postamentdən götürülüb. Amma bir həftə sonra məhkəmə Dirçəliş partiyasının tələbi ilə bütün işləri dayandırıb. Daha sonra ölkənin Ali İnzibati Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını etibarsız hesab edib.

Aprelin 22-də abidənin sökülməsi işlərinə yenidən başlanılıb. Bolqarıstan paytaxtının baş memarının əmrinə uyğun olaraq, postamentdən üzərində yazıları olan üzlük plitələri götürülüb.

Mənbə: BTA