Səfirlik ruslara Türk Hava Yollarına uçmaqdan imtina etməyi tövsiyə edibbackend

Türk Hava Yolları (THY) rusların Latın Amerikası ölkələrinə uçuşlara icazə verməməkdə davam edir. “Kommersant” yazır ki, Rusiyanın Ankaradakı səfirliyi Türkiyə Xarici İşlər Nazirliyinə vəziyyətə aydınlıq gətirmək üçün rəsmi sorğular göndərib, lakin heç bir cavab almayıb.

Bununla bağlı diplomatlar rusiyalıları Türk Hava Yollarının xidmətlərindən istifadə etməməyə çağırır.

Rusiya səfirliyinin mətbuat xidməti bildirib: “Problem var, problem ciddidir. Üstəlik, Türkiyə rəsmilərinin onun ciddiliyini nə dərəcədə başa düşdüyü bizə aydın deyil”. Son həftələrdə rusların İstanbul üzərindən Latın Amerikasına uçan reyslərə minməsinə icazə verilməməsi halları olub.

Mənbə : RİA Novosti