“Bolt”dan möhtəşəm fırıldaq – Fotobackend

Ölkəmizdə vətəndaşların ən çox istifadə etdiyi taksi şirkətlərindən olan “Bolt” soyğunçuluq fəaliyyətindən də qalmır. “Gündəm Media”nın rəhbəri, “Yeni Gündəm” informasiya portalının baş redaktoru Təbriz Məhərrəmoğlu belə bir halla qarşılaşıb.

İctimai.az xəbər verir ki, heç zaman bu taksi şirkətinin tətbiqindən istifadə etməyən Təbriz Məhərrəmoğlunun kartından əsassız yerə bir neçə dəfə vəsait çıxarılıb.
Kartın təmsil olunduğu bankla əlaqə yaradan baş redaktora bu vəsaitin bankla deyil, “Bolt” tətbiqi tərəfindən çıxarıldığı bildirilib.
Daha sonra “Bolt” şirkəti ilə əlaqə yaratmaq cəhdlərinə baxmayaraq, şirkətin heç bir nömrəsinə nə zəng çatmayıb, nə də cavab alınmayıb.
Kartdan ödəniş çıxmasının qarşısını almaq üçün karta məhdudiyyət qoyulub.
Hər kəsin başına gəlmə ehtimalını nəzərə alaraq, məsələ həll olunana qədər diqqətimizdə olacaq. Qarşı tərəfi dinləməyə hazırıq.

İctimai.az