Beynəlxalq Valyuta Fondu qlobal maliyyə qeyri-müəyyənliyinin artması fonunda Böyük Britaniyanın iqtisadi göstəricilərinin 2023-cü ildə G7-nin ən pis göstəricisi olacağı proqnozlaşdırıldığını bildirib.
Bu barədə RİA Novosti məlumat yayıb.
BVF-nin proqnozlarına görə, 2023-cü ildə Böyük Britaniyanın ÜDM-i 0,3% azala, gələn il isə 1% arta bilər. Bu, Böyük Britaniyanı Almaniyadan sonra iqtisadi tənəzzüllə üzləşən ikinci G7 üzvü edir.
BVF-nin baş iqtisadçısı Pierre-Olivier Gourins vurğulayıb ki, fondun proqnozlarına görə, cari il Böyük Britaniya üçün iqtisadi baxımdan çətin keçəcək, lakin 2024-cü ildə ölkədə iqtisadi artım bərpa olunacaq.
İctimai.az
