“Siti”nin hücumçusu Haaland Premyer Liqada yeni qol rekordu müəyyənləşdiribbackend

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Bavariya”ya (3:0) qol vurub.

22 yaşlı hücumçu üçün bu qol cari mövsümdə bütün turnirlərdə 45-ci olub.

Haaland İngiltərə Premyer Liqasında (APL) bir oyunçu üçün bütün yarışlarda bir mövsümlük qol vurma rekordunu qoydu.

Əvvəlki rekord (44 qol) “Liverpul”un misirli hücumçusu Məhəmməd Salaha (2017/18 mövsümü) və “Mançester Yunayted”in hollandiyalı sabiq futbolçusu Ruud van Nistelroya (2002/03) məxsus idi.

Mənbə: fanatik

İctimai.az