Böyük Britaniya iki Gürcüstan televiziya kanalına – İmedi və Postv-yə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Britaniya hökumətinin veb saytında məlumat verilib.
İddia olunur ki, kanallar Ukrayna münaqişəsi ilə bağlı “qəsdən yanlış məlumat yayıblar”.
Daha əvvəl Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili Londonun Gürcüstana qarşı “hibrid əməliyyat” apardığını və bu əməliyyata Tbilisini tənqid edən Britaniya səfiri Qaret Uordun da cəlb olunduğunu bildirmişdi.















