Böyük Britaniyada 5G-dən minlərlə dəfə sürətli olan yeni şəbəkə sınaqdan keçirilibbackend

London Universitetinin alimləri simsiz məlumat ötürmə sürəti üzrə 938 Gbit/s-ə çataraq yeni dünya rekordu müəyyənləşdiriblər. Bu barədə kp.ru “Journal of Lightwave Technology” nəşrinə istinadən xəbər verir.

Qeyd olunur ki, bu nəticəyə nail olmaq üçün komanda 5-dən 150 QHs-ə qədər tezlik diapazonundan istifadə edib ki, bu da 145 QHs-lik ötürmə qabiliyyətini təmin edib – bu, əvvəlki rekorddan beş dəfə çoxdur. Yeni texnologiya Böyük Britaniyada 5G şəbəkəsinin orta sürətini 9380 dəfə üstələyir və istifadəçilərin artan ehtiyaclarını ödəmək üçün yüksək sürətli məlumat ötürülməsini təmin edir.

Alimlər ənənəvi simsiz şəbəkələrin məhdudiyyətlərini dəf edərək ilk dəfə radiotezlikləri və optik texnologiyaları birləşdiriblər. Metod 5-50 GHz diapazonunda elektronikanın və 50-150 GHz diapazonunda fotonikanın istifadəsini nəzərdə tutur ki, bu da mövcud tezlik diapazonunu əhəmiyyətli dərəcədə genişləndirir və məlumat ötürmə sürətlərini artırır.

Təcrübə göstərdi ki, yeni yanaşma internetlə son istifadəçilər arasında məlumat mübadiləsini sürətləndirir. Gözlənilir ki, mobil cihaz istifadəçiləri yaxın gələcəkdə 5G-dən 6G-ə keçərkən yüksək qoşulma sürəti və sabitlik əldə edə biləcəklər və geniş tezlik diapazonu insanların sıx olduğu yerlərdə sıxlığın qarşısını almağa kömək edəcək.

Mənbə: Autotech