Böyük Britaniyada Ukraynaya çoxmillətli qüvvələrin göndərilməsi üçün qərargah açılıbbackend

Böyük Britaniyada Ukrayna üçün sözdə çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayıb. Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Bəyanatda deyilir: “Ukrayna üçün çoxmillətli qüvvələrin yaradılması çərçivəsində 70 nəfərlik qərargah fəaliyyət göstərir. Britaniya qoşunlarının yerləşdirilməsi üçün hazırlıqlar hökumətin 200 milyon funt sterlinq məbləğində maliyyəsi ilə dəstəklənir.

Bundan belə nəticə çıxır ki, qərargah “könüllülər koalisiyası”nda iştirak edən ölkələrin qoşunlarının Ukraynaya yerləşdirilməsi üçün hazırlıq işlərinə başlayıb.