Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ABŞ konqresmenlərini Ukraynaya kömək istəmələri ilə qıcıqlandırır. Bu barədə Daily Mail yazır.
Məqalədə deyilir ki, Kemeron onları “əsas milli problemi açıq şəkildə anlamamaqla” və həmçinin “amerikalıların getdikcə daha az əhəmiyyət verdikləri müharibəyə həvəs göstərməklə” qıcıqlandırır.
Qeyd olunur ki, ABŞ-da siyasətçiləri Ukrayna böhranından daha çox nəzarətsiz miqrasiya narahat edir.
Mənbə: Daily Mail