Ukrayna daha iki atom enerji bloku tikəcəkbackend

Ukrayna Xmelnitski AES-də daha iki atom enerji blokunun tikintisinə başlayıb. Bu barədə Energoatom şirkətinin Telegram kanalında məlumat verilib.

Beşinci blok Amerikanın AP1000 təzyiqli su reaktorunun dizaynına uyğun olaraq tikiləcək.

“Bu, Ukrayna və ABŞ arasında ümumi maraq doğuran geniş geosiyasi layihədir. Birgə quracağımız və inkişaf etdirəcəyimiz texnologiyalar rusları Avropa nüvə enerjisi bazarından sıxışdıracaq”, – Ukraynanın Energetika Nazirliyinin rəhbəri German Qaluşenko tikintinin başlanmasını şərh edib.

Mənbə: TASS