Böyük Qayıdışı reallaşdıracaq Dövlət Proqramıbackend

Azərbaycanda proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf tam təmin edilir və bir çox sosial layihələr icra olunur. Bu inkişafın təməlində Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının son 19 ildə Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara və yeni dövrün reallıqlarına uyğun davam etdirilməsi nəticəsində Azərbaycanda həyatın bütün sahələrində tərəqqi əldə olunmuşdur. Həyata keçirilən ardıcıl islahatlar sayəsində ölkəmiz özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda uğurlu addımlar atıb. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olan və xalqın etimadını doğruldan Cənab İlham Əliyev ötən 19 ildə Prezidentliyi dövründə Azərbaycanı güclü və qüdrətli dövlətə çevirdi. Verdiyi bütün vədlərə sadiq qalaraq, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Cənab İlham Əliyev xalqının alternativsiz lideri olduğunu öz fəaliyyəti ilə sübuta yetirib. Qazanılan nailiyyətləri beynəlxalq reytinq təşkilatları, biznes qurumları da öz hesabatlarında göstərirlər. Ötən dövrdə uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz Azərbaycanın dinamik inkişafının göstəriciləridir.

Xalqın taleyüklü məsələləri dövlət başçımız tərəfindən həllini tapır. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə də geniş imkan yaratmış oldu. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Ordumuzun yüksək döyüş hazırlıq qabiliyyəti, ən son növ döyüş texnikası və hərbi avadanlıqlar ilə təmin olunması eləcə də gənclərimizin ölkə rəhbərliyinə və ordumuza verdiyi dəstək qələbəmizi şərtləndirən amillər sırasındadır. Azərbaycan xalqı 30 ilə yaxın idi ki, işğalda olan Qarabağ torpaqlarının azad edilməsini səbirsizliklə gözləyirdi. Bu müddət ərzində istər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə, istərsə də Ulu Öndərin siyasi varisi Cənab Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq, ardıcıl olaraq həm siyasi müstəvidə, həm də ordu quruculuğu sahəsində gördüyü işlər öz bəhrəsini verdi. 44 gün davam edən Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük bir tarix yazdı. İqtidar – Xalq – Ordu birliyi nəticəsində möhtəşəm Qələbə qazanıldı. Bu gün Azərbaycan keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qarabağın abadlaşması və yenidən qurulması istiqamətində irimiqyaslı layihələr reallaşdırılır, islahatlar həyata keçirilir. Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə dövlət başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edildi. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər prioritet olaraq əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.

Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması kimi həyata keçiriləcək tədbirlər əksini tapıb. Bildiyimiz kimi, ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük Qayıdış çərçivəsində reallaşdırılacaqdır.

Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr həllini tapacaqdır. Məlumdur ki, birinci pilot layihə olan “Ağıllı kənd” layihəsi Zəngilanda icra edildi. 2022-ci ildə Ağalıya köç başladı. Bu gün Ağalı kəndi dünyanın ən müasir kəndlərindən birinə çevrilib.

Əlbəttə ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir.

İşğaldan azad olunmuş ərazilərimizin hər biri, məhz Azərbaycan Prezident İlham Əliyev rəhbərliyi ilə Ağalı kimi müasir məkana çevriləcək və buranın əzəli sakinləri rahat, təhlükəsiz bir şəraitdə bu yerlərdə əbədi olaraq yaşayacaqlar.

Əvəz Qocayev,

YAP Nəsimi rayon təşkilatinin ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini

Reklam 160×600 (Sağ)

Reklam 160×600 (Sağ)