15 oktyabr 2003-cü ildə keçirilmiş prezident seçkilərində seçicilərin 2 milyon 438 min 787 nəfərin səsini qazanaraq, o cümlədən, 76.84% dən çox səs toplayaraq, cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan xalqı Heydər Əliyevin sələfi olan İlham Əliyevə dərin etimad göstərərək, yeni əsrdə özünə yeni Lider seçdi.
İlham Heydər oğlu Əliyev Ulu Öndərin siyasi kursunun alternativsiz davamçısı olduğunu on doqquz il ərzində göstərdiyi misilsiz xidmətləri ilə sübuta yetirib və hal hazırda yetirməkdədir. Azərbaycan Respublikasının ali rəhbərinin öz xalqı qarşısında fəaliyyətinin nəticələri bütün dünyanın göz önündədir. Bu seçimlə Azərbaycan dövləti öz müqəddəratını müəyyən edən, yüksək inkişaf sürəti ilə addımlayan, günü gündən güclənən, yeni əsrdə müstəqil siyasət aparmaq iqtidarında olan dövlət kimi irəliləməyə imza atmışdır. Azərbaycan xalqı cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinə səs verərək, özünə dahi Heydər Əliyevdən sonra digər fenomenal bir Lider seçdi və bununla da Azərbaycan xalqı müzəffər, qalib xalq kimi yaşamağa qərar verdi.
Ulu öndər Heydər Əliyevin “dövlət quruculuğu” məktəbinin həm yetirməsi, həm də davamçısı olan İlham Əliyev dahi Liderimizin siyasi, diplomatik müdrikliyin sirlərini mənimsəyən və onları mükəmməl dövlət idarəçilik səriştəsinə çevirən nahəng sərkərdədir. İlham Heydər oğlu Əliyev müasir dövrün yeni Lideri, beynəlxalq miqyasda böyük nüfuza malik olan dövlət başçısıdır.
Azərbaycan xalqı müzəffər Liderinə 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində etimad göstərmiş, onun inamlı qələbəsini təmin edərək gələcəkdə dövləti möhtəşəm zəfərə aparan yolu ilə irəliləməyə davam etdirməsini müəyyən etmişdir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ zəfəri xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsini təşkil edərək, müasir dövrün tarixinə qızıl hərflərlə yazıldı.
İlham Əliyevin 2003-ci ildən başlanan hakimiyyət illəri ölkənin dinamik inkişafı, surətlə modernləşdirilməsi, dünya dövlətlər arasında nüfuz qazanması ilə səciyyələnir. Cənab Prezidentin siyasətinin mərkəzində insan amili dayanır, hansı ki, bu ilk növbədə xalqın rifahı və doğma məmləkətinin təhlükəsizliyidir. Bunları təmin etmək üçün dövlət başçımız yorulmadan, gecə-gündüz çalışır. Onun həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkəmizin bütün sahələrini əhatə edir. On doqquz il ərzində sosial, siyasi, iqtisadi, hərbi və digər sahələrdə köklü islahatlar aparan, çox böyük dəyişikliklər həyata keçirən cənab Prezident Azərbaycan Respublikasını beynəlxalq reytinq cədvəllərində ön cərgələrdə yerləşməsinə nail olub. Onun rəhbərliyi dövründə müxtəlif sahələrin inkişafı üzrə qəbul olunmuş 97 Dövlət proqramı uğurla realizə olunur. Bununla yanaşı dövlət təhlükəsizliyinin təminatçısı olan ordunun möhkəmləndirilməsi və dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşması ölkəmizin hərbi potensialının ən yüksək səviyyələrdə olduğuna dəlalət edir. Ümumilikdə ölkəmizin bütün sahələrində aparılan tərəqqiyönümlü islahatlarla paralel cənab Prezidentin xarici siyasətin mükəmməlliyi Azərbaycan Respublikası region dövlətlər arası liderə çevirmiş, dünya dövlətləri müstəvisində isə söz sahibliyinə malik olan güclü ölkə statusunu qazandırmışdır. O, geopolitik məkanda siyasi-iqtisadi proseslərin istiqamətini peşəkarcasına müəyyən edən, ona ustalıqca təsir göstərən fenomendir. Xarici siyasətin müvəffəqiyətliyindən cənab Prezidentin on doqquz ildə keçirdiyi görüşlərin sayı xəbər verir. Hakimiyyət dövründə xarici siyasət fəaliyyəti prosesində 51 ölkəyə 308 səfər, 61 dövlət və hökumət rəhbəri ilə 895 görüş, beynəlxalq təşkilatlarıın nümayəndələri ilə 893 görüş və qəbul, ümumilikdə xarici siyasəti ilə bağlı 3268 müxtəlif görüş və qəbul keçirmişdir. Zənnimcə, bu kimi məhsuldar zəngin fəaliyyət bir neçə ölkənin rəhbərinin toplam sayda olan fəaliyyətinə bərabərdir. Lakin, rəqəmlər bir ölkə başçısının fəaliyyətini nümayiş etdirir, bir Vətən oğlunun xalqına olan məhəbətindən, doğma torpağına qaygısından bəhs edir və buna bütün dünya şahidlik edir.
Cənab Prezident İlham Əliyevin fəaliyyəti bir çox ölkə başçıları tərəfindən yüksək dəyərləndirərək orden və medallarla mükafatlandırılmışdır. Ali rəhbərimiz 17 dövlətin 32 orden və medallarına layiq görülmüşdür. Eyni zamanda Cənab Prezident 40 beynəlxalq təşkilatın və təhsil müəssisənin xüsusi mükafatları, elmi adları, 14 beynəlxalq idman təşkilatının ordeni, medalı, diplomuna layiq görülmüşdür. Bu mükafatlar onu təsdiq edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimidir. Ölkə rəhbərimizin uğurlu xarici siyasətində Azərbaycan dövlətinin beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə yüksələn xətlə gedir.
Cənab İlham Əliyev müasir və qüdrətli, sürətlə inkişaf edən Azərbaycanın parlaq simvoludur, azərbaycan xalqın başını dik edən, onu dünyaya qalib xalq kimi tanıdan Müzəffər Ali Baş Komandandır. «Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız acıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu əbədi olacaq!» – Yeni Azərbaycan Partiyasının yaranmasına həsr olunmuş yübiley tədbirində Azərbaycan Prezidenti İlham Əlirza oğlu Əliyev söyləmişdir. Bəli, bu gün Azərbaycan xalqının başı dikdir, dünya azərbaycanlılarının başı dikdir, və bu möhtəşəm halın əsas səbəbkarı cənab Prezidentdir! Ali Baş Komandan İlham Əliyevlə qürur duyuruq!
Yeni Azərbaycan Partiyası Nəsimi rayonunun
Bakı Slavyan Universiteti ərazi təşkilatının
sədri dosent Sevinc Axundova















