Braziliyanın Parana ştatının federal və hərbi polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə yönəlmiş xüsusi əməliyyat zamanı kənddə gizli bunker aşkarlayıb. RİA Novosti dövlət hərbi polisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, içəridən 7 tondan çox marixuana, həmçinin silah və sursat aşkar edilib.
Parana hərbi polisinin rəsmi açıqlamasına görə, “donuz tövləsinin ərazisində yerləşən yeraltı bunkerdə marixuanaya oxşar xeyli miqdarda narkotik maddə aşkar edilib”.
Çəkindən sonra narkotik vasitələrin ümumi çəkisi təxminən 7235 kq təşkil edib. Bundan əlavə, iki 7,62 millimetrlik tüfəng, bir 5,56 millimetrlik tüfəng, 257 ədəd 7,62 millimetrlik patron və 400 ədəd 5,56 millimetrlik mərmi ələ keçirilib”.
Mənbə: RİA Novosti