Braziliyada sərnişin dolu avtobusu qaçıran şəxs təslim oldubackend

Rio-de-Janeyroda 17 nəfəri girov götürən 29 yaşlı Paulo Serxio de Lima  təslim olub.

Bu barədə Braziliya hərbi polisinin sözçüsü Marko Andrade xəbər verib.

“Bütün girovlar azad ediliblər, artıq təhlükəsizlikdədirlər, onlara ilkin tibbi yardım göstərilir, psixoloji durumları yoxlanılır”, – deyə Marko Andrade əlavə edib.

Onun sözlərinə görə təxminən cinayətkar dörd saata yaxın girovları avtobusda saxlayıb. Sərnişinlər arasında yaşlılar və uşaqlar da olub.

Hüquq-mühafizə orqanının əməkdaşının sözlərinə görə, danışıqların əvvəlində Paulo Serxio müqavimət göstərib, buna baxmayaraq o saxlanılıb, tapançası və mobil telefonu müsadirə edilib.

Məlum olub ki, Paulo Serxio soyğunçuluqla bağlı cinayət keçmişinə malikdir.