Braziliyada təyyarə qəzaya uğrayıbbackend

Braziliyada San-Pauludan Belu Horizontiyə uçan tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub. TASS bu barədə yerli fövqəladə xilasetmə xidmətinə istinadən xəbər verir.

Təyyarədə iki kişi, iki qadın, bir uşaq və iki ekipaj üzvü olduğu qeyd edilir.

Xilasedicilərdən biri bildirib ki, təyyarə havada üç böyük parçaya parçalanıb. Onun sözlərinə görə, xilasedicilər əvvəlcə 4 meyit tapıblar, lakin gövdə hissəsi çevrildikdən sonra daha 3 nəfər tapılıb.

Mənbə: TASS