İstanbulda katolik kilsəsinə atəş açan iki hücumçudan biri polis tərəfindən saxlanılıb. Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Şübhəli şəxs İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hücum Sarıyerdəki Santa Maria kilsəsində bazar günü ibadət zamanı baş verib. İki maskalı şəxs atəş açıb, daha sonra hadisə yerindən qaçıblar.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hüquq-mühafizə orqanlarının “geniş miqyaslı araşdırma” başlatdığını bildirib.
Mənbə: Hürriyet