Braziliyanın insan haqları naziri təqib iddialarına görə işdən çıxarılıbbackend

Braziliya prezidenti Luiz İnasio da Silva insan haqları naziri Silvio Almeydanı cinsi qısnama ittihamı ilə işdən çıxarıb.

RİA Novosti bu barədə Braziliya liderinin administrasiyasının saytındakı mesaja istinadən yazır.

Silvanın Planalto sarayında danışıq üçün naziri çağırdığı və söhbətdən sonra məmuru işdən çıxarmaq qərarına gəldiyi qeyd edilir.

“Prezident cinsi qısnama iddialarının xarakterini nəzərə alaraq nazirin vəzifəsini davam etdirməsini qəbuledilməz hesab edir”, – bəyanatda deyilir.

Braziliya polisi artıq keçmiş nazirə qarşı istintaqa başlayıb. Yerli media yazır ki, təqib epizodları 2023-cü ildə baş verib və qurbanlardan biri irqi bərabərlik naziri Aniel Franko olub.