Britaniya antibiotik müqavimətindən ölüm riski barədə xəbərdarlıq edibbackend

Qarşıdakı onilliklərdə təxminən 40 milyon insan antibiotik müqavimətindən ölə bilər.

Bu barədə İngiltərənin keçmiş baş həkimi Salli Devisə istinadən Britaniyanın “Guardian” qəzeti yazıb.

Onun sözlərinə görə, hər il 1 milyona yaxın insan mikroblara qarşı müqavimətin yayılması səbəbindən ölür. Ekspert yaxın 25 ildə bu rəqəmin daha da artacağını düşünür.

Nəşrin yazdığı kimi, alimlərin fikrincə, 2050-ci ilə qədər mikroblara qarşı müqavimətdən ölüm halları iki dəfə artacaq. Xüsusilə, qarşıdakı 25 il ərzində demək olar ki, 40 milyon insan superböcəklərin ortaya çıxması səbəbindən öləcək. Eyni zamanda, yaşlı insanlar xüsusi risk altında olacaqlar.