Zelenski rus xalqına münasibətini açıqlayıbbackend

Ukrayna prezidenti Vladimir Zelenski bloqqer Leks Fridmana müsahibəsində rus xalqına xor baxdığını deyib.

Ukrayna lideri qeyd edib ki, o, rus dilində yaxşı danışır, lakin Rusiya prezidenti Vladimir Putinə ukraynalılarla rusların eyni dildə danışdıqları üçün bir xalq olduğunu bəyan etməyə əsas verməmək üçün bu dildə danışmayacaq.

“Bu insanlar kar olduqlarına və guya rus dilini qorumaq üçün işğala başladığına görə, mən onlara səmimi şəkildə nifrət edirəm”, – deyə Zelenski bildirib.

O, əlavə edib ki, Ukraynada rus dilində danışan insanlar var və heç kim onlara bunu qadağan etmir.