Yanvarın 4-də Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın Leninqrad və Pskov vilayətlərinə hücumu zamanı Estoniyanın hava məkanı pozulmayıb.
Bu barədə ERR teleradio şirkəti məlumat yayıb.
Hücumla bağlı danışan Estoniya Müdafiə Liqasının pilotsuz uçuş aparatının (PUA) koordinatoru Aivar Hanniotti bildirib ki, pilotsuz təyyarələr böyük məskunlaşan ərazilərə və ya hava hücumundan müdafiə sistemləri ilə qorunan ərazilərə zərbə endirmədən marşrut izləyib. O, həmçinin əməliyyatın Kiyev vilayətində başladığına və pilotsuz təyyarələrin mühüm infrastruktur obyektlərindən yayınaraq Leninqrad vilayəti istiqamətində hərəkət etdiyinə əminliyini ifadə edib.
Hanniottinin sözlərinə görə, PUA-lar düz xətt üzrə uçmayıb və buna nail olmaq üçün döngələri və hündürlükləri tənzimləməklə müxtəlif marşrutlar seçilib.