Britaniya Çarlz III-ün tacqoyma mərasiminin böyük xərclərindən narazıdırbackend

Kral III Çarlzın tacqoyma mərasiminin 72 milyon funt-sterlinq dəyərində olması “ədəbsizdir”, xüsusən də Britaniya monarxlarının tacqoyma mərasiminə maraq media auditoriyası arasında düşür.

Bu barədə “The Guardian” qəzeti antimonarxist Respublika partiyasına istinadən məlumat yayıb.

“Bu, Çarlzın təkid etdiyi, vergi ödəyicilərinə çoxlu pul bahasına başa gələn parad idi. Bu, onun ödəmədiyi nəhəng miras vergisi və monarxiyanın illik 500 milyon funt-sterlinq xərcinin üzərinə düşür”, – partiya lideri Qrem Smit bildirib.

O, əlavə edib ki, 72 milyon funt sterlinqlik rəsmi xərc rəqəmi yalandır – əslində, Smitin fikrincə, Britaniya kralının tacqoyması ölkə büdcəsinə 100 milyon funt-sterlinq ilə 250 milyon funt-sterlinq arasında başa gəlib.