Böyük Britaniya parlamenti azyaşlıların cinayətkar dəstə üzvləri tərəfindən zorlanması ilə bağlı çoxsaylı faktların araşdırılmasının əleyhinə səs verib.
Bu barədə Sky News telekanalı məlumat yayıb.
“Millət vəkilləri uşaqlara qarşı zorakılıq törədən qruplarla bağlı yeni milli araşdırmanın əleyhinə səs veriblər”, – hesabatda deyilir.
Mətndə qeyd olunur ki, araşdırmaya başlamaq təşəbbüsü Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının (Tori) nümayəndələrinə məxsusdur. Lakin onların parlamentdəki həmkarları “siyasi oyunbazlıq” ittihamı ilə bu təklifi rədd ediblər.
Jurnalistlərin məlumatına görə, 364 deputat “əleyhinə” səs verib. Daha 111 nəfər təşəbbüsün həyata keçirilməsinin lehinə səs verib.