Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, dekabrın sonunda Rusiyaya səfərinin səbəbi Ukraynanın Rusiya qazının tranzitini uzatmaqdan imtina etməsi olub.
TASS xəbər verir ki, o, həmçinin Vladimir Zelenskini “Slovakiya və Aİ-nin maliyyə maraqlarına sabotaj etməkdə” ittiham edib.
Fico bildirib ki, Brüsseldə Aİ-nin enerji məsələləri üzrə komissarı Dan Yorgensen ilə gözlənilən görüşü zamanı “onu şirin yuxusundan oyatmaq üçün mümkün olan hər şeyi edəcək”.
“Nə Slovakiya, nə də Aİ müharibə vəziyyətində deyil, Zelenskinin macəralarına dözmək üçün heç bir əsasımız yoxdur, xüsusən də Slovakiya və Aİ-nin Ukraynaya göstərdiyi yardımı nəzərə alsaq”, – Fiko bildirib.