“The New York Times” qəzetinin yazdığına görə, rəssam Robert Gemmell Hatchison-un 34 il əvvəl Qlazqo Muzeyindən (Böyük Britaniya) oğurlanmış “Uşaqlar suda gəzir” tablosu geri qaytarılıb.
1989-cu ildə naməlum şəxslər nərdivandan istifadə edərək muzeyə pəncərədən daxil olaraq şotlandiyalı rəssamın bu məşhur əsərini, eləcə də bir neçə çini gəlinciyi və yağlı boya ilə çəkilmiş rəsm əsərlərini oğurlayıblar. Uzun illər rəsmin taleyi naməlum qaldı.
Ancaq birdən 2022-ci ildə İngiltərənin Şimali Yorkşir bölgəsindəki bir əmlakın satışında “Dayazlıqdakı Uşaqlar” tablosu peyda oldu. Bu qeyri-adi hal oğurlanmış və ya itmiş sənət əsərlərinin, əntiq əşyaların və kolleksiya əşyalarının tapılması ilə məşğul olan İncəsənət Zərərləri Reyestrinin mütəxəssislərinin diqqətini çəkdi. Onların məlumat bazasında 700 mindən çox müxtəlif lot var.
Mənbə: Lenta.ru

