Britaniya hökuməti Böyük Britaniya ərazisinə hücuma hazır olmalıdır.
Bu barədə The Guardian qəzetinin nəzərdən keçirdiyi yenilənmiş milli təhlükəsizlik strategiyasında deyilir.
“Bəzi düşmənlər bizi onların təcavüzü ilə üzləşməkdən çəkindirmək üçün enerji və/yaxud təchizat zəncirlərimizdə ciddi pozulmalar törətmək üçün çevik hərəkətə keçməklə gələcək münaqişələrin əsasını qoyurlar. Uzun illərdən sonra ilk dəfə olaraq, biz Böyük Britaniya ərazisinə potensial hərbi ssenari ilə birbaşa təhlükə ehtimalına fəal şəkildə hazırlaşmalıyıq”, – sənəddə deyilir.
Böyük Britaniyanın baş naziri Keir Starmer sənədin ön sözündə “Rusiya təcavüzünün” Avropanı təhdid etdiyini və dünyada strateji rəqabətin gücləndiyini bildirib. Bundan əlavə, onun sözlərinə görə, texnologiya münaqişənin və daxili təhlükəsizliyin xarakterini dəyişdirir. Baş nazir iddia edir ki, “Britaniya torpaqlarında düşmənçilik fəaliyyətləri aparılır”.