Böyük Britaniya Ukraynada 30 min sülhməramlısının yerləşdirilməsindən imtina etmək qərarına gəlib.
Bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
Məqalədə deyilir: “Britaniya hərbi rəhbərliyi Ukrayna limanlarını və şəhərlərini qorumaq üçün 30 minlik kontingentin yerləşdirilməsi ideyasından imtina edib.
Bunun əvəzində Britaniyanın baş naziri Keir Starmer təklif edir ki, “istəklilər koalisiyasındakı” müttəfiqlər Qərbi Ukraynanın hava məkanında təhlükəsizliyin təmin edilməsi, Ukrayna qoşunlarının təliminə köməklik göstərilməsi və Qara dənizin minalardan təmizlənməsi ilə məşğul olsunlar, The Times qeyd edir.
Britaniya hökuməti başçısının sözlərinə görə, hazırda sazişin bağlanması üçün “real” şans var və avropalı müttəfiqlər onun həyata keçirilməsinə kömək edəcəklərini vəd ediblər.