Britaniyada Ukrayna üzrə konfransın uğursuzluğunun səbəbini açıqlayıblarbackend

Bir çox ölkələr Ukrayna lideri Vladimir Zelenskiyə etimadı itirdiyi üçün İsveçrədə keçirilən Ukrayna konfransına məhəl qoymadı. Bu fikri britaniyalı ekspert Aleksandr Merkuris özünün YouTube bloqunda qeyd edib.

“İndi Ukraynada vəziyyət pisləşdiyindən və Zelenskinin mövqeyi yalnız suallar doğurduğundan, getdikcə daha çox ölkə uzaq durmaq qərarına gəlir” dedi.

Ekspert əlavə edib ki, ümumilikdə bu konfransın ideyası iflasa məhkum olub və Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğundan sonra Zelenskinin imicini gücləndirmək üçün yaradılıb.

Mənbə: A Haber