Səudiyyə Ərəbistanının baş naziri və vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl Səud İtaliyada keçiriləcək G7 sammitində iştirak etməyəcək. Bu barədə SPA məlumat yayıb.
Nəşr qeyd edir ki, Əl Səud G7 sammitində iştirak etmək üçün aldığı dəvətə görə İtaliyanın baş naziri Giorgia Meloniyə təşəkkür teleqramı göndərib.
Teleqramın mətnində vəliəhdin həcc mövsümündə işlərə nəzarətlə bağlı öhdəliklərinə görə tədbirdə iştirak edə bilməyəcəyinə dair təəssüf hissi də yer alıb.
Mənbə: TASS